İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan Milli Bankının nümayəndələri təcrübə mübadiləsi məqsədilə Azərbaycana səfər edib

Gürcüstan Respublikasının Milli Bankının (GMB) nümayəndə heyəti Azərbaycan Respublikasının Mərkəzi Bankına (AMB) təcrübə mübadiləsi məqsədilə səfər edib.

Musavat.com xəbər verir ki, səfərin əsas məqsədi ikitərəfli texniki əməkdaşlıq çərçivəsində ölkələrin maliyyə sahəsində tənzimləyici qurumları arasında peşəkar dialoqun genişləndirilməsindən ibarət olub.

Görüş zamanı GMB nümayəndə heyəti beynəlxalq maliyyə təşkilatları tərəfindən buraxılan istiqrazların qeydiyyatı və emissiyasının tənzimlənmə çərçivəsi, həmçinin qiymətli kağızların ticarəti, depozitar və ticarətsonrası sistemin fəaliyyəti və digər mühüm mövzular üzrə təmsil etdikləri qurumun təcrübəsini bölüşüb. Bundan əlavə, beynəlxalq maliyyə təşkilatları tərəfindən yerli valyutada buraxılan istiqrazların daxili maliyyə bazarları üçün potensial əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu səfər cari ilin mart ayında AMB ilə GMB arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində təşkil olunub. Memorandumun məqsədi pul siyasəti, maliyyə sabitliyi siyasəti, bank nəzarəti, ödəniş sistemləri, eləcə də maliyyə texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsindən ibarətdir. Memorandum çərçivəsində təcrübə və məlumat mübadiləsinin aparılması, təlim və birgə seminarların keçirilməsi, texniki məsləhətlərin verilməsi məqsədilə araşdırma və tədqiqat xarakterli səfərlərin təşkili də nəzərdə tutulub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR