Onlayn ictimai-siyasi qəzet
İmişli rayonunda toyda kütləvi zəhərlənmə olub.
Musavat.com xəbər verir ki, Muradxanlı kəndində həyətlərdən birində baş tutan toyda 20 nəfər zəhərlənib. Onlardan 4- ü azyaşlıdır. TƏBİB- dən Musavat.com- un sorğusuna cavab olaraq bildirilib ki, 24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 20 nəfər (4-ü uşaq olmaqla 7-si kişi, 13-ü qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.
"14 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində, 4 azyaşlının müalicəsi Uşaq şöbəsində, 1 nəfərin (kişi cinsli) müalicəsi Poliklinika şöbəsində, digər 1 nəfərin müalicəsi isə (qadın cinsli) Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir.
Pasiyentlərin hər birinin vəziyyəti stabil qiymətləndirilir".
Şahanə Rəhimli
Musavat.com
24 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ