İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyev Trampın bəyanatlarından sonra ümid görmür - Financial Times

"The Financial Times" yazır ki, Ukrayna tərəfi ABŞ  prezidenti Donald Trampın son açıqlamalarını diqqətlə izləsə də, bu sözlərin arxasında real hərbi və iqtisadi dəstəyin görünmədiyini bildirir.

Musavat.com xəbər verir ki, Tramp BMT Baş Assambleyasında Ukrayna mövzusuna toxunaraq, Kiyevin “bütün ərazilərini ilkin sərhədlər daxilində qaytara biləcəyini” söyləyib. Lakin ukraynalı siyasətçilər və ekspertlər bu bəyanatın konkret mexanizmlərlə, yaxud dəstək planları ilə müşayiət olunmamasını tənqid ediblər.

Ukrayna Radasının bəzi deputatları hesab edir ki, Trampın “Avropanın maliyyə dəstəyinə daha çox arxalanmaq lazımdır” fikri əslində ABŞ-ın məsuliyyəti öz üzərindən atmaq cəhdi kimi qiymətləndirilə bilər. Onların sözlərinə görə, Vaşinqtonun bu mövqeyi Ukrayna üçün əlavə risklər yaradır, çünki münaqişənin həllində əsas dəstək məhz ABŞ-dan gözlənilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR