İnsanlara hürriyət, millətlərə istiqlal!

MDB ölkələri birgə hava hücumundan müdafiə sistemini modernləşdirir

MDB ölkələri birgə hava hücumundan müdafiə (PVO) sisteminin modernləşdirilməsi işlərinə başlayıblar.

Musavat.com xəbər verir ki, bu barədə MDB Müdafiə Nazirləri Şurasının katibi Yuriy Daşkin bildirib:

“Əldə olunan razılaşmalar artıq həyata keçirilir”.

Bu gün Minskdə MDB ölkələrinin Hərbi Baş Qərargahlar Komitəsinin iclası keçirilir. İclasa Rusiya, Belarus, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan hərbi qurumlarının nümayəndələri qatılıb.

Azərbaycanı Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev təmsil edir. İclasın məqsədi, birgə hava müdafiə sistemlərinin koordinasiyası və modernləşdirilməsi ilə bağlı qərarların müzakirəsidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR