Onlayn ictimai-siyasi qəzet
Çərşənbə günü, sentyabrın 24-də Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (MTN) rəhbəri Kamçıbek Taşiyevin iştirakı ilə keçirilən iclasda Dövlət Komitəsinin əməkdaşları 24 rəhbər işçini və dövlət qurumlarının nümayəndələrini saxlayıblar.
Musavat.com xəbər verir ki, MTN-dən verilən məlumata görə, “Çaldovar-Avtodorojnı” keçid məntəqəsində saxta sənədlərdən istifadə etməklə Aİİ ölkələrindən qeyri-qanuni malların gətirilməsinə dair irimiqyaslı sxem ifşa olunub.
Korrupsiya qalmaqalında Vergi Xidməti, Baytarlıq və Fitosanitariya üzrə Dövlət Müfəttişliyi, Çəki və Ölçülərə Nəzarət üzrə Dövlət Müfəttişliyi, Sərhəd Xidməti əməkdaşlarının, həmçinin yerli şura deputatının və Özbəkistan vətəndaşının əli olub.
Saxlanılan şəxslər işdən çıxarılacaq, əmlaklarına həbs qoyulacaq və cinayət məsuliyyətinə cəlb ediləcəklər. İlkin məlumatlara görə, dövlətə milyonlarla dollar zərər dəyib və məmurlar yalnız Çaldovar keçid məntəqəsindən hər gün təxminən 80 min som rüşvət alıblar.
Dövlət Milli Təhlükəsizlik Komitəsi Çuy vilayətinin digər keçid məntəqələrində də analoji korrupsiya halları ilə bağlı araşdırmalar aparır.
Musavat.com
24 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ