Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampa qarşı sui-qəsddə ittiham olunan 59 yaşlı Rayan Raut məhkəmə zalında özünə qəsd etməyə çalışıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
CNN-in məlumatına görə, münsiflər heyəti onu bütün ittihamlar üzrə təqsirli bilib. Hökm elan olunduqdan dərhal sonra Raut qələmlə öz boğazına zərbə vurmağa cəhd edib, lakin məhkəmə mühafizəçiləri buna mane olublar.
Hadisə Trampın ikinci seçki kampaniyası dövründə – keçən il onun Floridadakı qolf meydançasında baş vermiş ikinci sui-qəsd cəhdi ilə bağlıdır.
Raut barəsində hökmün oxunması 18 dekabrda keçiriləcək. Onu ömürlük həbs cəzası gözləyir.
Musavat.com
24 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ