İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkmənistanda unikal təklif - maaş və pensiyalar artırılmasın

Türkmənistanda maaşların, pensiyaların, müavinətlərin və təqaüdlərin illik artımının dayandırılması təklif edilir.

Musavat.com podrobno.uz saytına istinadla xəbər verir ki, milli lider Qurbanqulu Berdiməhəmmədovun sədrliyi ilə keçirilən parlament iclasında belə bir təşəbbüslə Xalq Şurasının üzvü Yazmirat Atamiradov çıxış edib.

O, prezident Serdar Berdiməhəmmədova müraciət edərək bildirib ki, əhalinin həyat səviyyəsi durmadan artır, ölkədə sosial-məişət şəraiti yüksək səviyyəyə çatıb, ona görə də ödənişlərin indeksləşdirilməsi dayandırıla bilər.

Atamiradov həmçinin qeyd edib ki, başqa ölkələrdə əhali üçün analoji təcrübə yoxdur.

Bununla yanaşı, internet istifadəçiləri qeyd edirlər ki, respublikada inflyasiyanın səviyyəsi indeksasiya səviyyəsini üstələyir. Məsələn, ətin qiyməti iki dəfə artaraq 100 manata (5 dollar) çatıb. Məktəbli forması ailələrə təxminən 12 min manata (təxminən 600 dollar) başa gəlir, valideynlər övladlarının təhsil haqqını ödəmək üçün kredit götürməli olurlar.

Türkmənistanda minimum pensiya 550 manat (təxminən 27,5 dollar), müavinət isə 520 manat (26 dollar) təşkil edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR