İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya səmasında HƏYƏCAN – İspaniya müdafiə nazirinin təyyarəsinə HÜCUM

İspaniyanın müdafiə naziri Marqarita Roblesin olduğu ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "A330" təyyarəsi Rusiya hava məkanında GPS hücumuna məruz qalıb.

Musavat.com xəbər verir ki, bu barədə "Europa Press" nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, insident Kalininqrad yaxınlığında, nazirin Litvanın Şyaulyay aviabazasına uçduğu vaxt baş verib.

Nəşr yazır ki, naviqasiya sistemlərini pozmaq cəhdi nəticəsiz qalıb. Təyyarə hərbi peykdən təlimat almağa davam edib və uçuş təhlükəsiz şəkildə davam etdirilib.

Təyyarənin göyərtəsində nazirlə yanaşı, VİLKAS hava-taktiki dəstəsində xidmət edən ispan hərbçilərinin ailə üzvləri və nümayəndə heyətini müşayiət edən jurnalistlər də olub.

Marqarita Roblesin Litvaya səfərinin məqsədi Litvanın müdafiə naziri ilə görüşmək və Rusiyanın regiondakı fəaliyyətlərinə qarşı NATO çərçivəsində birgə tədbirlərdə iştirak etmək olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR