Onlayn ictimai-siyasi qəzet
Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadənin Azərbaycandakı əmlaklarına həbs qoyulub.
Gününsəsi.info xəbər verir ki, iş adamına məxsus “Port Baku”dakı mənzilinə, bazarına, bu yaxınlarda “Sea Breeze”də aldığı yeni bir neçə mənzilə, çoxsaylı avtomobillərinə həbs qoyulub.
Bundan başqa Adnan Əhmədzadənin özünün və həyat yoldaşı Gülsəfa Cəfərovanın Azərbaycan banklarındakı hesabları da bloklanıb.
Qeyd edək ki, Adnan Əhmədzadə bir neçə gün əvvəl həbs edilib.
O, mənimsəmə, dövlətin iqtisadi təhlükəsizliyinə təhdid yaradan cinayətlərdə ittiham olunur.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Müzakirədə YAP-çı millət vəkili Vüqar İskəndərovla Ağ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edəcəyik.
Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
24 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ