Onlayn ictimai-siyasi qəzet
İrəvanda gecə saatlarında Parakar icmasının rəhbəri Volodya Qriqoryan evinin qarşısında öldürülüb.
Musavat.com xəbər verir ki, hadisə zamanı onunla birlikdə bir kriminal polis əməkdaşı da həyatını itirib, əlavə olaraq bir nəfər isə yaralanıb. Hadisəni törədən şəxs tək olub və hazırda itkin düşüb.
Ermənistanın baş naziri Nikol Paşinyan hadisəni qınayıb və cinayətin açılmasının vacib olduğunu vurğulayıb.
Volodya Qriqoryan mart ayında Parakar icmasının genişləndirilmiş rəhbəri seçilmişdi. O, Paşinyan partiyasının namizədi ilə mübarizədə qalib gəlib. Qriqoryan, separatçı Ruben Vardanyanın rəhbərlik etdiyi müxalif “Aprelu Yerkir” partiyasının üzvü olub. Ruben Vardanyan isə Bakıda ağır cinayətlər törətməkdə ittiham edilərək həbs olunub.
Musavat.com
24 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ