İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp teatra gedəcək, amma aktyorlar bəri başdan tamaşanı boykot etdilər

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp gələn ay Vaşinqtondakı məşhur Kennedy İncəsənət Mərkəzində keçiriləcək “Les Misérables” tamaşasına qatılacaq. Amma CNN-in yaydığı məlumata görə, həmin gün səhnəyə çıxacaq aktyor heyətində ciddi dəyişikliklər olacaq: ən azı 10–12 aktyor Trampın iştirak etdiyi tamaşada səhnəyə çıxmaqdan imtina edib.

Tamaşanın təşkilatçıları aktyorlara boykot etmək hüququ veriblər və məlumatlara görə, əsas rolları ifa edənlər və ansambl üzvləri bu fürsətdən istifadə edərək etirazlarını bildiriblər.

Bu addım Tramp administrasiyası ilə Kennedy Mərkəzi arasındakı dərin fikir ayrılıqlarının bir göstəricisi kimi dəyərləndirilir. Prezident Tramp mərkəzə yeni təyinatlar etməklə və özünü qurumun idarə heyətinin rəhbəri elan etməklə mədəniyyət institutlarını öz nəzarətinə almağa çalışmaqda ittiham olunur.

Kennedy Mərkəzində daha əvvəl bir sıra məşhur sənətçilər – o cümlədən İssa Rae, Shonda Rhimes və Ben Folds – Trampın rəhbərliyi ilə eyni platformada yer almaq istəməyərək vəzifələrindən istefa verib və tədbirləri ləğv ediblər. 

Screenshot_1.png (809 KB)

Xatırladaq ki, Tramp 2016-cı il seçki kampaniyasında “Les Misérables” musiqisindən istifadə etmiş, bu isə əsərin müəllifləri tərəfindən sərt etirazla qarşılanmışdı.

Tamaşanın baş tutacağı gecə Tramp Kennedy Mərkəzində xeyriyyə gecəsi və yüksək məbləğli bağış tədbiri də keçirəcək. Prezident yaxın zamanda mərkəzdəki infrastrukturun və proqramların dəyişəcəyini, Broadway səviyyəsində yeni tamaşalarla ictimai marağın bərpa olunacağını iddia edib.

Musavat.com məsələnin inkişafını izləyir.

Xəbərin qaynağı: https://cnn.it/3RTJFxq

 


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 May 2025

09 May 2025

BÜTÜN XƏBƏRLƏR