Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp BRİKS ölkələrinə qarşı sərt bəyanatla çıxış edib.
Musavat.com xəbər verir ki, o, bu formatda yer alan dövlətlərin real şəkildə birləşəcəyi təqdirdə nəticələrinin ağır olacağını bildirib.
“Biz heç vaxt heç kimə bizimlə belə oyunlar oynamağa imkan verməməliyik. Mən BRİKS adlı bu qrup barədə – əslində cəmi altı ölkədir – eşidəndə onlara çox ciddi zərbə endirdim. Əgər onlar doğrudan da birləşsələr, hər şey çox tez bitəcək – buna sizi əmin edə bilərəm. Onlar uzun müddət davam gətirə bilməzlər. Fikrimcə, onlar bunu etməyə belə cürət etməzlər – görüşməkdən belə qorxurlar”, – deyə Tramp bəyan edib.
Xatırladaq ki, BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) birliyinə son dövrlər Misir və İran kimi ölkələr də qoşulmağa çalışır. ABŞ isə bu blokun genişlənməsini və potensial antiqərb mövqelərini diqqətlə izləyir. Trampın bu bəyanatı isə Vaşinqtonun BRİKS-ə qarşı sərt xəttini bir daha nümayiş etdirir.
Musavat.com
20 Iyul 2025
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ