Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və onun müavini Aleks Vonq bu gün tutduqları vəzifələrdən azad ediliblər.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ administrasiyasına yaxın olan Fox News telekanalı mənbələrə istinadən yayıb.
Telekanalın məlumatına görə, bu addıma səbəb Uolts və Vanqın The Atlantic jurnalının baş redaktoru Cefri Qoldberqin ölkə rəsmilərinin iştirak etdiyi Siqnal qrupuna qoşulmasıdır. Xatırladaq ki, Pentaqon rəhbərinin də olduğu çatda ABŞ-ın Yəməndə Husilərə endirdiyi zərbələr müzakirə edilib. Sonradan jurnalistin ora səhvən daxil edildiyi açıqlanıb.
Musavat.com
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ