Onlayn ictimai-siyasi qəzet
Kanadanın Toronto şəhəri bu günlərdə dünyanın diqqət mərkəzinə çevrilib.
Musavat.com xəbər verir ki, şəhərdə keçirilən üçgünlük “Consensus 2025” kripto və Web3 texnologiyaları sammitinə 20 mindən çox iştirakçı toplaşıb.
Tədbir Kanadanın Web3 ekosistemini genişləndirməyi, kriptovalyutanı və blokçeyn texnologiyalarını geniş ictimaiyyətə daha əlçatan şəkildə təqdim etməyi hədəfləyir.
Ərhun Abbaslı qeyd edib ki, bu konfrans Kanadada kripto və investisiya mövzularına marağı artırmaqla yanaşı, qlobal texnoloji düşüncəni də bir araya gətirir. Onun idarə etdiyi 35 minlik sosial platforma bu baxımdan maarifləndirici rol oynayır.
Tədbirin ən diqqətçəkən məqamlarından biri isə ABŞ prezidenti Donald Trampın oğlu – Erik Trampın iştirakı olacaq.
Coindesk və Fintech.ca portallarının məlumatına görə, Erik Tramp mayın 15-də baş tutacaq əsas panel müzakirəsində çıxış edəcək və “American Bitcoin” adlı yeni təşəbbüsü təqdim edəcək.
Bu layihə Şimali Amerikada sənaye miqyasında bitcoin mədənçiliyini yenidən dizayn etməyə yönəlib. Erik Tramp layihənin baş strateqi kimi təqdim olunur.
Tramp ailəsinin digər üzvü, Donald Tramp Jr isə bu tədbirdə iştirak etməyəcək. O, mayın sonunda ABŞ-ın Las Veqas şəhərində keçiriləcək “Bitcoin Conference 2025”də çıxış edəcək.
Toronto sammitində ABŞ, Avropa, Yaxın Şərq və Asiyadan gələn onlarla ölkənin nümayəndələri iştirak edir.
- Kriptovalyuta bazarlarının tənzimlənməsi və hüquqi çərçivələr
- Süni intellekt və Web3 inteqrasiyası
- NFT və metaversdə yeni iqtisadi modellər
- Kriptoda qadın təşəbbüsləri və startap ekosistemləri.
Toronto bu tədbirlə təkcə Kanadanın texnoloji mərkəzi kimi deyil, həm də qlobal Web3 gündəminin əsas platformalarından biri kimi ön plana çıxır.
Musavat.com bu nəhəng texnoloji forumun gedişini izləməyə davam edəcək.
Musavat.com
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ