Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Ukraynadakı keçmiş səfiri Bricit Brink prezident Donald Trampın Ukrayna və Rusiya ilə bağlı siyasəti ilə razılaşmadığı üçün vəzifəsindən istefa verdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, 30 ilə yaxın diplomatik karyerası ərzində beş fərqli ABŞ prezidentinə – həm demokrat, həm də respublikaçı liderlərə xidmət etmiş Brink “Detroit Free Press” nəşrində yazdığı məqalədə bildirib ki, Tramp administrasiyası dövründə tətbiq olunan xarici siyasət onun prinsip və dəyərləri ilə üst-üstə düşməyib.
“Bu siyasət təəssüf ki, ilk gündən aqressora deyil, qurbana – Ukraynaya təzyiq göstərməkdən ibarət idi. Ona görə də daha bu sistemin bir parçası olmaq istəmədim,” – deyə Brink vurğulayıb.
O, ABŞ-ın xarici siyasətinin Konqresin nəzarəti ilə müəyyən olunmalı olduğunu və diplomatların həmin siyasəti yerinə yetirməli olduqlarını qeyd edib. Lakin bu prinsipin pozulduğunu düşündüyü üçün vəzifəsini tərk etmək qərarına gəldiyini açıqlayıb.
Toğrul İSMAYIL,
Musavat.com
17 May 2025
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ