Onlayn ictimai-siyasi qəzet
“Ezel” serialında Ramiz dayı obrazının gəncliyini canlandıran Ufuk Bayraktar saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə türk mediasında məlumatlar yer alıb. Sənətçinin bir restorana gedib xərac tələb etdiyi iddia olunub.
İddiaya görə, Bayraktar ötən həftə 5 nəfərlə restoran sahibinin yanına gedib və onlara "Bura hücum olunacaq. Sizi qoruyacağıq, həftədə 25 min lirə ödəyəcəksiniz" deyib. Dünən yenidən restorana getdiyi və istədiyi qəsb məbləğini 10 min lirəyə endirdiyi iddia edilən Bayraktarın nəzarətə alındığı bildirilir.
Könül
Musavat.com
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ