İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkə bizdən Xəzərə çıxış istəyir

İrəvandakı ABŞ səfirinin açıqlamasının arxasında nələr dayanır?; Vaşinqton sənədi öz bəhrəsini verməkdədir

“Ermənistan Azərbaycanla yolların açılmasından faydalanacaq”. Bunu Ermənistanın ABŞ-dəki səfiri Lilit Makunts deyib. “Keçmişə dair problemlərə baxmayaraq, biz irəli getməliyik. Nəqliyyat marşrutlarının açılmasından Ermənistan iqtisadi fayda görəcək. Baş nazir Nikol Paşinyan artıq Ermənistanın Xəzərdən Aralıq dənizinə, Fars körfəzindən Qara dənizə qədər ticarət mərkəzi olmaq istəyini açıqlayıb. Bu, bizi bu reallığa bir addım da yaxınlaşdırır”, - erməni diplomat bildirib.

ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə sülh və nəqliyyat dəhlizlərinin açılması üzrə razılaşmalardan danışan Makunts qeyd edib: “Bu, təkcə Ermənistan və Azərbaycan üçün deyil, həm də daha geniş Cənubi Qafqaz üçün dönüş nöqtəsidir. Onilliklərlə davam edən münaqişədən sonra biz tarixi şikayətlər səhifəsini bağlayırıq və ümumi sülh və rifahla müəyyən edilmiş kursu müəyyənləşdiririk”.

Qeyd edək ki, Paşinyan özünün “Sülh Qovşağı” adlı Qafqazda kommunikasiyaları açmağı təklif edən xəritə-layihəsində Ermənistanın xilas yolunu Qara, Aralıq, Xəzər dənizi və İran Körfəzinə çıxış imkanları göstərmişdi.

Bəs Ermənistanın Xəzərə çıxış imkanları reallaşa bilərmi? Bu, necə baş verəcək? Ermənistan yüklərinin Xəzərdə daşınması mümkündürmü?

Rusiyadan deportasiya edilən deputat Azər Badamov kimdir? » Azxeber.com

Azər Badamov

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında və Trampın iştirakı ilə paraflanmış sülh müqaviləsi Cənubi Qafqaz regionunu sülh və əməkdaşlıq regionuna çevirməklə yanaşı, həm də Ermənistan üçün böyük perespektivlər açır: “Dövlət başçımız öz çıxış və bəyanatlarda Azərbaycanla razılaşdırılmadan Ermənistanın hər hansı bir beynəlxalq layihənin icrasının mümkün olmayacağı ilə bağlı səsləndirdiyi fikirlər artıq reallıqda öz əksini tapmaqdadır. Ermənistanın ABŞ-dəki səfiri Lilit Makuntsun "Keçmişə dair problemlərə baxmayaraq, biz irəli getməliyik. Nəqliyyat marşrutlarının açılmasından Ermənistan iqtisadi fayda görəcək. Baş nazir Nikol Paşinyan artıq Ermənistanın Xəzərdən Aralıq dənizinə, Fars körfəzindən Qara dənizə qədər ticarət mərkəzi olmaq istəyini açıqlayıb. Bu, bizi bu reallığa bir addım da yaxınlaşdırır" deməsi Azərbaycanla əldə olunan sülhün qazandırdığı nailiyyətdir. Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciətində də bu məsələlərə geniş yer verərək Azərbaycanla sülh müqaviləsinin imzalanmasının qazandıracağı imkan və faydalarını ictimaiyyətə çatdırmağa çalışıb. Azərbaycan sülh müqaviləsi imzalanandan sonra Ermənistanla da səmimi qonşuluq münasibətlərini yaratmaq və düşmənçilk səhifəsini birdəfəlik bağlamaq niyyətindədir. Düzdür, uzun illər aralarında düşmənçilk yaşamış xalqlara münasibətləri yenidən qurmaq heç də asan olmayacaq. Amma bunun alternativi də yoxdur. Qonşu ölkələr arasında düşmənçilk əbədi yaşaya bilməz. Sülh müqaviləsinin paraflanmış 17 bəndin hər bir bəndi Azərbaycanla Ermənistan arasında sülhün və əməkdaşlığın dərinləşdirlməsinin yol xəritəsidir. Yekun sülh müqaviləsinin imzalanması həm də iki ölkə arasında kommunikasiyaların açılmasına gətirib çıxaracaqdır.  Naxçıvan üzərindən Ermənistana İrana və Fars körfəzinə, Azərbaycanın əsas ərazisi üzərindən isə Rusiyaya və Xəzər dənizi üzərindən Asiyaya çıxış imkanları yaranacaq.  Azərbaycanla sülh müqaviləsinin imzalanaraq  kommunikasiyaların açılmasından sonra Ermənistanın Türkiyəyə yolları da açılacaqdır. Bu Ermənistana Avropaya qədər yeni ticari-iqtisadi imkanları qazandırmaqla sülh içində yaşamağın yeni bir səhifəsinin vərəqlənməsi olacaq. Çünki Ermənistan qonşuları ilə sülh içində yaşamağın nə olduğunu bilmir. Ona görə də  bu gün Ermənistandakı radikal qüvvələr Qarabağ məsələsindən hakimiyyəti əllərində saxlamaq üçün uzun illər alət kimi istfadə etmiş, Azərbaycanla sülhə gedilməsindən Paşinyana qarşı istifadə etməyə çalışıblar. Bu gün isə ümumi reallıq dəyişilir və regionda münasibətlər sistemi yenidən qurulur. Azərbaycanla sülhə nail olunması, hətta Paşinyanın dəfələrlə ifadə etdiyi “Sülh qovşağı”  layihəsinin də reallaşması üçün yeni fürsət pəncərəsi açır. Azərbaycan regional sülhün və əməkdaşlığın tərəfdarı olduğunu həmişə bəyan edib. Bu baxımdan Prezident İlham Əliyevin illər əvvəl bəyan etdiyi məsələlər bu gün reallığa çevrilir. Cənubi Qafqaz nəinki bu regionun ölkələri üçün, hətta Asiyadan və Avropaya qədər olan böyük bir coğrafiyanın əməkdaşlıq etdiyi beynəlxalq əhəmiyyətli bir regiona çevrilməkdədir. Təbii ki, sülhün və əməkdaşlığın gəlməsi ilk növbədə regionda yaşayan ölkələrin vətəndaşlarının rifahının və təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək".

Geosiyasi dəyişikliklər ticarət dövriyyəmizə birbaşa təsir edib” – Günay  Hüseynova | news365.az

Günay Hüseynova

İqtisadçı ekspert Günay Hüseynovanın fikrincə, Makuntsun bu açıqlaması münasibətləri yumşaltmaq xarakter daşıyır: “Son günlərdə Zəngəzur dəhlizinin açılması ilə bağlı sülh sazişi müzakirələrə səbəb oldu. Bu layihə çərçivəsində də Ermənistanda baş nazirə və hökumətə qarşı çıxışlar baş verdi. Qarabağın işgaldan azad edilməsinin ardından Zəngəzur dəhlizinin açılışı erməni vətəndaşlarının Nikol Pasinyana qarşı etirazlarını daha da artırdı. Ermənistanın ABŞ-dəki səfiri Lilit Makuntsun bu açıqlaması münasibətləri yumşaltmaq xarakter daşıyır. Makunts və Ermənistan rəhbərliyi də əslində bunun mümkünsüz olduğunu yaxşı bilirlər. Düşünürəm ki, məhz ABŞ-dən səfirin bu açıqlamanı etməsi iqtisadi təxribat xarakterlidir. İlk növbədə onunla əlaqədardır ki, Zəngəzur dəhlizinin açılması və sülh sazişi ABŞ Prezidenti Donald Tramp tərəfindən həyata keçirildi. Səfirin bu açıqlaması da bir addım çıxış yolu kimi qiymətləndirilir. Əgər Xəzərə çıxış məsələsi müzakirə olunacaqdısa, ölkə basçılarının, xarici işlər, iqtisadiyyat nazirlərinin görüşü olacağı zaman müzakirə olunardı. Bu, xarici ölkədə fəaliyyət göstərən səfirin səlahiyyətləri çərçivəsində deyil.

Ermənistanın Xəzərə çıxış imkanlarına gəldikdə isə bu real görünmür. Həm siyasi, həm də güvənlik baxımından uyğun hesab olunmur. Ermənistan məhsullarının tranzit yol kimi 3-cü ölkəyə daşınmasına qaldıqda isə, bu qismən ola bilər. Bu da təbii ki, müəyyən çərçivədə ola bilər. Ermənilərin Xəzərə çıxış arzusunun olduğunu Makunts və erməni hökuməti çox yaxşı bilir. Ermənistan meyvə, konservant məhsulları, avtomobil ehtiyat hissələri istehsal edir. Xəzərə çıxışla hansı ölkələrə idxal edəcək? Beynəlxalq arenaya rəqabət qabiliyyətli məhsulu olmayan ölkə nə ilə çıxacaq? İdxala gəldikdə isə bundan İran Rusiya vasitəsilə hər hansısa məhsulu idxal edir. Ümumi yekunda onu qeyd edim ki, hazırda belə bir şəraitin yaradılması mümkün deyil".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR