İnsanlara hürriyət, millətlərə istiqlal!

Trendləri alt-üst edən mahnının ifaçısı o imiş - VİDEO

Son günlər sosial mediada trendə çevrilən “Naninay” mahnısını eşitməyən yoxdur yəqin ki. Məşhur iş adamı Emin Ağalarovdan tutmuş, tanınmış sənət adamları, blogerlər,  sosial media istifadəçiləri bu mahnıya videolar çəkib.

Bəs bu mahnını kim ifa edir? Tarixçəsi nədir?

Musavat.com xəbər verir ki, məşhur “Naninay” mahnısının əsl adı “Acharuli”dir və  Vazha Mdzeluri ifa edir.

Mahnının sözləri və musiqisi də ifaçıya məxsusdur. Bəstə 1 həftədə iki milyondan çox izlənib və milyonlarla video çəkilib.

Vazha Mdzeluri gürcü müğənni və bəstəkardır. O, ən çox “Gafrindi”, “Acharuli” və “Deda” kimi mahnıları ilə tanınır. Mdzeluri mahnılarında müasir və ənənəvi gürcü musiqisinin harmonik birləşməsi diqqət çəkir.

Vazha Mdzeluri musiqi aranjemanları ilə də məşhurdur.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR