Onlayn ictimai-siyasi qəzet
İndoneziyanın Benqkulu əyalətində turist gəmisi batıb.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 7 turist həyatını itirib, 34 nəfər yaralanıb.
Dövlətin axtarış-xilasetmə idarəsinin rəhbəri Muslikun Sodik açıqlamasında hadisənin dünən saat 16:30 radələrində baş verdiyini bildirib.
Sodik qeyd edib ki, içərisində 98 yerli turist və 6 ekipaj üzvü olan qayıq Tikus adasından Benqkulu şəhərinə qayıdarkən batıb.
Musavat.com
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ