İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə İspaniya – VİDEO

2026-cı il Dünya Çempionatı Avropa zonası üzrə seçmə mərhələsində Türkiyə ilə İspaniya arasında baş tutan oyunda qonaqlar üstünlüyünü daha da artırıblar.

Musavat.com xəbər verir ki, qarşılaşmanın 60-cı dəqiqəsində sürətli hücum quran İspaniya millisində Pedri fərqlənib. Onun zərbəsindən sonra top qapıdan keçib və hesab 6:0 olub.

İspaniya yığması böyükhesablı qələbə qazanıb.

***

Ferran Torres fərqi artırdı

2026-cı il Dünya Çempionatı Avropa zonası üzrə seçmə mərhələsində Türkiyə ilə İspaniya arasında keçirilən oyunda qonaqlar fərqi daha da artırıblar.

Musavat.com xəbər verir ki, qarşılaşmanın 53-cü dəqiqəsində İspaniya millisinin sürətli əks-hücumu nəticə verib. Lamine Yamalın cərimə meydançasına ötürməsini Ferran Torres dəqiq zərbə ilə tamamlayaraq topu qapıdan keçirib.

Bu qol hesabı 4:0 edib və ispanların üstünlüyünü möhkəmləndirib.

***

2026-cı il FIFA Dünya Kubokunun Avropa zonası üzrə seçmə oyunlarının E qrupunda ikinci turun matçında Türkiyə milli komandası İspaniyanı qəbul edir.

Musavat.com xəbər verir ki, qarşılaşma Konya MEDAŞ Böyükşəhər Stadionunda keçirilir. Oyunu İngiltərə Futbol Federasiyasından hakim Maykl Oliver idarə edir.

Matçın ilk hissəsində üstünlük tamamilə ispanların tərəfində olub. İspaniya millisi fasiləyə 3:0 hesabı ilə yollanıb. Qolları Pedri və Mikel Merino (2 dəfə) vurub.

Türkiyə yığmasının bir neçə təhlükəli hücumu olsa da, qapıçı Unai Simon və dirəklər hesabın dəyişməsinə imkan verməyib. Kerem Aktürkoğlu və Kenan Yıldız fərqlənməyə yaxın olsalar da, fürsətləri dəyərləndirə bilməyiblər.

İspaniya millisində isə Nico Uilyams zədələnərək oyunu yarımçıq tərk edib. Onun əvəzinə Ferran Torres meydana daxil olub.

Hazırda ikinci hissə davam edir və baş məşqçi Vincenzo Montella dəyişikliklər edərək komandasını oyuna qaytarmağa çalışır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR