İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə MİT-dən FETÖ əməliyyatı

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) polislə keçirdiyi birgə əməliyyat nəticəsində FETÖ/PDY ilə əlaqəli olan və “qeybə çəkilmə evi” (gizlənmək üçün istifadə edilən mənzil - red.) adlandırılan yerdə gizlənən keçmiş kəşfiyyatçı polis əməkdaşı Veysel Ö. saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə yerli “Sabah” qəzeti məlumat yayıb.

Onun vaxtilə Bitlis Polis İdarəsinin Kəşfiyyat Şöbəsinin rəisi vəzifəsində çalışdığı və sonradan Fərman Qanunu (KHK) ilə vəzifədən azad edildiyi məlum olub.

Məlumata görə, İstanbul Polis İdarəsinin Mali Cinayətlərə Qarşı Mübarizə Şöbəsi və MİT əməkdaşlarının apardığı dəqiq və koordinasiyalı əməliyyat nəticəsində FETÖ/PDY silahlı terror təşkilatına üzv olmaq ittihamı ilə barəsində İstanbul Ağır Cəza Məhkəməsinin verdiyi qəti həbs qərarı olan və KHK ilə vəzifədən kənarlaşdırılmış Veysel Ö.-nün İstanbulda gizləndiyi müəyyənləşdirilib.

Təhlükəsizlik və kəşfiyyat orqanları onun FETÖ üzvləri arasında “təhlükəsiz ev” kimi tanınan və təşkilatın üzvlərinin gizlənməsi üçün istifadə olunan “qeybə çəkilmə” evində gizləndiyini aşkara çıxarıb. Polis əməkdaşları həmin evin ətrafını nəzarətə götürüb. Veysel Ö. bu mənzildən çıxaraq iş yerinə gedərkən saxta şəxsiyyət vəsiqəsi ilə tutulub və dərhal nəzarətə alınıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR