İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə bələdiyyə sədrinin ölkədən çıxışına qadağa qoyuldu

Türkiyədə məhkəmə Bolu Bələdiyyə Başçısı Tanju Özcan haqqında məhkəmə nəzarəti qərarı verilib.

Bu barədə Özcan sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, məhkəmə qərarı barəsində "nifrət və diskriminasiya" ittihamı üzrə qaldırılmış iddia çərçivəsində verilib.

Məhkəmə qərarının Özcanın Türkiyədə yaşayan suriyalı qaçqınlarla bağlı aldığı tədbirlərlə əlaqədar olduğu bildirilir.

Belə ki, o, suriyalı qaçqınlara sosial yardımları dayandırmışdı, əcnəbi vətəndaşlar üçün suya görə tarifləri 10 dəfə artırmışdı, Bolu şəhərində ərəb dilindəki lövhələri sökdürmüşdü./Milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR