İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin “ən uzun gecəsi”ndən 9 il ötür: 15 iyul xain plan, xalq dirənişi və qələbə

Bu gün Türkiyədə 15 iyul 2016-cı il hərbi çevriliş cəhdinin – FETÖ-nün qanlı planının üstündən düz 9 il keçir.

Musavat.com xəbər verir ki, o gecə Türkiyə tarixində “ən uzun gecə” kimi yadda qaldı. Xain çevriliş cəhdində 253 hərbçi və mülki şəxs şəhid oldu, yüzlərlə insan yaralandı. Lakin türk millətinin iradəsi və dövlətinə sahib çıxması ilə cəmi 24 saat içində bu cəhd boşa çıxarıldı.

Dəqiqə-dəqiqə 15 iyulun kritik məqamları:

 21:30 – Ankarada Baş Qərargahda ilk atəş səsləri eşidildi.
 21:45 – İstanbulda Boğaziçi və Fatih Sultan Mehmet körpüləri əsgərlər tərəfindən bağlandı.
 22:00 – Baş Qərargah rəisi və bəzi yüksək rütbəli komandirlər girov götürüldü.
 23:00 – Baş nazir Binali Yıldırım canlı yayımda bunun bir “dövlət çevrilişi cəhdi” olduğunu bəyan etdi.
 23:20 – Gölbaşındakı Polis Xüsusi Təyinatlı Dairəsi və TÜRKSAT binası bombalandı.
 00:04 (16 iyul) – Marmarisdə olan Prezident Rəcəb Tayyib Ərdoğan ilk dəfə canlı bağlantı ilə xalqa səsləndi, “xalqımızı meydanlara dəvət edirəm” dedi.
 00:24 – CNN Türk kanalında Hande Fırat ilə canlı yayımda telefonla danışan Ərdoğan qiyama açıq çağırış etdi.
 00:45 – Ankara Prezident Sarayı ətrafında hava hücumu təşkil olundu.
 01:10 – Prezident Ərdoğan Marmarisdən İstanbula doğru yola çıxdı.
 01:15 – Ərdoğan təyyarəsi İstanbulda eniş etdi.
 02:00 – FETÖ-çü əsgərlərin həbs olunmasına start verildi.
 02:42 – Türkiyə Böyük Millət Məclisi bombalandı.
 03:20 – Ərdoğan İstanbulda xalqa qoşuldu.
 04:00 – Ankara prokurorluğu qiyamçılar haqqında istintaqa başladı.
 06:19 – Prezident Sarayına hücum edən F-16 qiyamçı pilotu saxlanıldı.
 08:32 – Baş Qərargah rəisi Hulusi Akar azad edilərək Çankaya Köşkə gətirildi.
 16:08 – Türkiyə Böyük Millət Məclisi fövqəladə iclasa toplandı.
 20:02 – Akıncı Hava Bazasında əməliyyat başa çatdı və qiyam tamamilə yatırıldı.

Bu hadisələrdən sonra Türkiyə xalqı hər il 15 iyulu “Demokratiya və Milli Birlik Günü” kimi qeyd edərək, o gecə şəhid olanların xatirəsini anır və dövlətə sahib çıxmağın əzmini bir daha nümayiş etdirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR