Onlayn ictimai-siyasi qəzet
Ukrayna hökuməti Almaniyaya dəyəri milyardlarla avro olan yeni silahlar üçün gizli sorğu göndərib.
Musavat.com bu barədə Almaniyanın nüfuzlu “Bild” nəşri məlumat yayıb.
Məlumata görə, Kiyev Berlindən dörd yeni IRIS-T hava hücumundan müdafiə sistemi, orta mənzilli IRIS-T SLM sistemi üçün 1500 idarəolunan raket və qısa mənzilli IRIS-T SLS sistemi üçün isə əlavə 500 raket istəyib. Bundan əlavə, Ukrayna tərəfi Almaniyadan 200 min ədəd 40 mm-lik zenit sursatı da tələb edib.
Silah tələbi üç əsas kateqoriyaya bölünüb: hava hücumundan müdafiə, zirehli nəqliyyat vasitələri və radioelektron mübarizə sistemləri.
“Bild” qeyd edir ki, Almaniya hökuməti artıq bu siyahı ilə tanış olub, lakin sorğunun detalları hələlik ictimaiyyətə açıqlanmayıb.
Musavat.com
08 Iyul 2025
07 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ