Onlayn ictimai-siyasi qəzet
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) xüsusi əməliyyat nəticəsində Rusiyanın hərbi təchizat üçün istifadə etdiyi “Koltsevoy” neft məhsulları kəmərini sıradan çıxarıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı UNIAN yayıb.
Açıqlamaya görə, obyekt Rusiya ordusunun yanacaq və digər resurslarla təminatında əsas rol oynayırdı.
Ekspertlər bu əməliyyatı Moskva ətrafında Rusiya ordusunun logistik imkanlarına vurulan ən ciddi zərbələrdən biri kimi qiymətləndirirlər.
Musavat.com
01 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ