İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna müharibəsində 2007-ci il təvəllüdlü ilk rus hərbçi həlak oldu - Buryatdır... -FOTO

Rusiya mediası və ASTRA-nın məlumatına görə, Maksim Suvorov adlı gənc hərbçi Donetsk vilayətində məhv edilib. O, 5 iyun 2007-ci ildə Buryatiyanın Kaban rayonunun Kamensk kəndində doğulmuşdu.

Musavat.com xəbər verir ki, çoxuşaqlı ailənin böyük övladı olan Suvorov yalnız bu ilin iyununda hərbi xidmətə çağırılmış, 27 iyunda Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamışdı. Lakin cəmi bir ay sonra, 24 iyulda Novıy Komar kəndi yaxınlığında döyüşdə öldürülüb. Ölüm anında onun 18 yaşı yeni tamam olmuşdu.

Bu fakt Rusiyanın Ukraynada apardığı amansız müharibənin kimlərin üzərinə yükləndiyini bir daha göstərir. Kreml böyük şəhərlərdə yaşayan etnik rusları mümkün qədər müharibədən kənarda saxlayır. Əksinə, Buryatiya, Yakutiya və Sibir xalqları kütləvi şəkildə cəlb edilir. Həlak olanların əksəriyyətini də məhz bu kiçik xalqlar təşkil edir.

Musavat.com bildirir ki, Sibir ərazisi çox genişdir və burada müxtəlif muxtar ərazilər yerləşir: Yakutiya (saxalar), Buryatiya (buryatlar), Tuva (tuvlar), Xakasiya (xakaslar), Altay Respublikası (altaylılar), Taymyr (dolqanlar, nənetslər, evenklər), Xantı-Mansi (xantılar, mansilər), Yamalo-Nenets (nənetslər, selkuplar), Çukotka (çukçalar, yupiklər, eskimoslar) və Komi Respublikası (komilər). Bu respublikalar və muxtar dairələrdə yaşayan xalqlar Rusiyanın yerli, qədim sakinləridir. Onlar ya türk mənşəli, ya da fin-uqor, samoyed və paleoasiya xalqlarıdır.

162114a1-453f-4e55-9df0-7abf003a8db5.jpg (58 KB)

Məhz bu xalqlar indi Rusiyanın müharibə maşınının ön cəbhəsindədirlər. Onların çoxu tarixi torpaqlarında iqtisadi gerilikdən əziyyət çəkir, işsizlik və yoxsulluq ucbatından orduya yazılmağa məcbur edilir. Kreml isə onları “top yemi” kimi istifadə edir.

Məlumatlara görə, bu siyasətin qurbanları sırasında təkcə rusiyalı gənclər deyil, həm də Qazaxıstan, Qırğızıstan, Tacikistan, Azərbaycan və digər ölkələrin vətəndaşları var. Onlar yüksək maaş vədləri ilə aldadılaraq müqavilə imzalayır, lakin hazırlıqsız şəkildə ön cəbhəyə göndərilir və çox vaxt ilk aylarda məhv olurlar.

Bu hadisə göstərir ki, Kreml artıq 2007-ci il doğumluları da müharibəyə göndərməyə başlayıb. 18 yaşını yeni tamamlayan gənclərin ölümə göndərilməsi Rusiya rəhbərliyinin nə qədər aciz duruma düşdüyünü və etnik azlıqların müharibədə “sistemli qurban” halına gətirildiyini ortaya qoyur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR