Onlayn ictimai-siyasi qəzet
Ukrayna Rusiyanın Kostroma vilayətinin Volqoreçensk şəhərində yerləşən İES-ə güclü zərbə endirib.
Musavat.com xəbər verir ki, hücum nəticəsində obyekt ciddi zədələnib.
Yerli mənbələr müəssisə ərazisində partlayış və yanğınların baş verdiyini bildirirlər.
Qeyd edək ki, Kostroma İES-in ümumi gücü 3720 MVt təşkil edir və bu göstəriciyə görə, Rusiyada üçüncü ən böyük istilik elektrik stansiyası sayılır. Müəssisədə səkkiz ədəd 300 MVt-luq K-300-240 turbin və bir ədəd 1200 MVt-luq K-1200-240-3 turbin fəaliyyət göstərir.
Stansiya Rusiyanın mərkəzi bölgəsinin, o cümlədən müdafiə sənayesi obyektlərinin enerji təchizatında mühüm rol oynayır.
Musavat.com
06 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ