İnsanlara hürriyət, millətlərə istiqlal!

Ulduz futbolçu və arvadı ölümlə hədələnib

UEFA Millətlər Liqasının final oyununa görə komandanın ulduz futbolçusu Alvaro Morato problem yaşayıb.

Portuqaliya ilə oyunun penaltilər seriyasında topu qapıdan keçirə bilməyən futbolçu ölümlə hədələnib.

Təhdidlər alan hücumçu bunları deyib:

"Bu, mənim üçün yeni olmasa da, xoşagəlməz haldır. Çox danışmaq istəmirəm. Hər halda məni başa düşərsiniz".

Bu azmış kimi, Moratanın arvadı Alisa Kampello da hədələrdən yan qaça bilməyib. İnsanların ağıllarını itiridiyi deyən Kampelloya "Küçədə görsəm, ərini öldürəcəyəm" mesajı yazılıb.

Qeyd edək ki, əsas vaxtı 2:2 hesabı ilə bitən final matçı Portuqaliyanın penaltilərdə 5:3 hesablı qələbəsi ilə başa çatıb./Milli.Az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR