Onlayn ictimai-siyasi qəzet
“VTB Bank” “Moskva-Siti” kompleksində yerləşən ofisinin əksər əməkdaşlarını müvəqqəti olaraq məsafəli iş rejiminə keçirib. Bu qərar pilotsuz uçuş aparatları (PUA) ilə mümkün hücum təhlükəsi səbəbilə qəbul edilib.
Musavat.com xəbər verir ki, bu barədə “The Bell” saytı məlumat yayıb.
Mənbələrin dediyinə görə, bankın belə bir risk barədə kim tərəfindən xəbərdar edildiyi məlum deyil. Qəbul edilən tədbirlər ilkin mərhələdə iki həftə müddətinə qüvvədə olacaq.
Artıq 14 iyul tarixində bəzi əməkdaşların evdə qaldığı bildirilir. Əməkdaşların 20%-nin iş yerində qalmasına icazə verilib.
Teleaparıcı Kseniya Sobçak Telegram kanalında “Moskva-Siti” qüllələrində yerləşən bəzi şirkətlərin də əməkdaşlarını məsafəli rejimə keçirməyə başladığını yazıb.
Qeyd edək ki, “Moskva-Siti” ərazisində Rəqəmsal İnkişaf Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Sənaye və Ticarət Nazirliyi də yerləşir.
Musavat.com
16 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ