Onlayn ictimai-siyasi qəzet
Xankəndidə küçələrdən birinə Osmanlı imperiyasının tanınmış sərkərdəsi və dövlət xadimi Ənvər Paşanın adı verilib.
Məlumatı İctimai TV yayıb. Qərara əsasən, şəhərin mərkəzində yerləşən əsas küçələrdən biri bundan sonra Ənvər Paşanın adını daşıyacaq.
Ənvər Paşa Azərbaycan tarixində mühüm yer tutan şəxsiyyətlərdəndir. O, 1918-ci ildə Osmanlı dövlətinin hərbi naziri kimi Qafqaz İslam Ordusunun yaradılmasına rəhbərlik edib. Həmin ordu Nuru Paşanın komandanlığı altında Azərbaycanın əksər bölgələrini erməni-daşnak qüvvələrindən azad edib.
06 Noyabr 2025
05 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ