Onlayn ictimai-siyasi qəzet
Xətai prospektində təmir işlərinə başlanılıb.
Musavat.com xəbər verir ki, təmir işləri prospektin Süleyman Rəhimov küçəsindən Əbdüləzəl Dəmirçizadə küçəsinədək olan 1 740 metrlik hissəsini əhatə edir. Ortalama eni 18-19 metr olan prospektdə hazırda köhnə asfalt-beton örtüyünün aşınma qatının frezlənməsi işləri həyata keçirilir. Layihə çərçivəsində zəruri hissələrdə mövcud piyada səkilərinin bərpası və yeni səki daşlarının düzülməsi, prospektə yeni asfalt-beton örtüyünün döşənməsi, yeraltı kommunikasiya xətlərinə aid baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və yenilənməsi və yeni baxış qapaqları və yağış barmaqlıqlarının quraşdırılması nəzərdə tutulub.
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ