İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiyanın bu qurğusu hipersəs raketlərini tutacaq

Yaponiyanın Müdafiə Nazirliyi tezliklə hipersəs döyüş başlıqlarının vurulmasında effektiv olan elektromaqnit relsli silahın tammiqyaslı prototipini sınaqdan keçirməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, məlumatı “Yomiuri” qəzeti yayıb. Bildirilir ki, gəmilərin “Aegis” çoxməqsədli izləmə və istiqamətləndirmə sistemləri ilə bu cür silahlarla təchiz edilməsi planlaşdırılır.

Relsli top - relsotron partlayıcı maddələr olmadan mərmini iki metal istiqamətləndiricinin arasında çox yüksək sürətə qədər sürətləndirən bir elektromaqnit sürətləndiricisidir. Bildirilir ki, bu cür silahlar daha böyük məsafə və dəqiqliyə malikdir və istənilən hava hədəflərini, o cümlədən hipersəs hədəflərini məhv etmək üçün istifadə edilə bilər.

Yaponiyada relsotronun hazırlanmasına 2016-cı ildə başlanılıb və kiçildilmiş prototip 2023-cü ildə gəmidə sınaqdan keçirilib. Hazırda uzunluğu təxminən 6 m və çəkisi təxminən 8 ton olan cihazın sınaqdan keçirilməsi planlaşdırılır. “Yomiuri” yazır ki, belə bir silahın hazırlanmasında Tokio Fransa və Almaniyanın hərbi idarələri və tədqiqat qurumları ilə əməkdaşlıq edir və ABŞ materiallarından istifadə edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

11 May 2025

BÜTÜN XƏBƏRLƏR