İnsanlara hürriyət, millətlərə istiqlal!

Yay gəlir, sərfiyyat artacaq - Nə edək ki, maşın az benzin yandırsın?

Benzin qiymətlərinin yüksək olması sürücüləri daha qənaətcil yollar axtarmağa vadar edir.

Mütəxəssislər bildirir ki, düzgün istifadə qaydalarına əməl etməklə avtomobilin yanacaq sərfiyyatını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.

Sürüş zamanı qəfil sürətlənmək və əyləc vermək benzin sərfini artıran əsas səbəblərdəndir. Sabit və sakit sürmək daha az yanacaq sərf olunmasına kömək edir. Avtomobilin mühərrikinin boş yerə işləməsi də yanacağın israfına səbəb olur. Mütəxəssislər dayanma zamanı mühərrikin söndürülməsini tövsiyə edir.

Təkərlərdə hava çatışmazlığı avtomobilin hərəkətinə mane olur və bu da əlavə sərfiyyata gətirib çıxarır. Həmçinin avtomobildə artıq yük saxlamaq mühərrikə əlavə yük salır. Bu səbəbdən lazımsız əşyaların avtomobildən çıxarılması tövsiyə olunur.

Hava soyuducu sistemindən düzgün istifadə də qənaətə təsir edən amillərdən biridir. Soyuq havalarda kondisioner yerinə pəncərənin açılması, isti aylarda isə kondisionerdən yalnız zəruri hallarda istifadə olunması yanacağa qənaət edə bilər.

Mühərrik yağı və hava filtrlərinin vaxtında dəyişdirilməsi də sərfiyyatın azalmasına kömək edir. Mütəxəssislər eyni zamanda etibarlı yanacaq doldurma məntəqələrindən istifadəni və mexaniki sürət qutusundan düzgün istifadəni də tövsiyə edir.

Avtomobil mütəxəssisləri bildirir ki, bu sadə qaydalara əməl etməklə sürücülər həm yanacağa qənaət edə, həm də nəqliyyat vasitələrinin texniki baxımdan daha sağlam qalmasına nail ola bilərlər.//Milli.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

BÜTÜN XƏBƏRLƏR