İnsanlara hürriyət, millətlərə istiqlal!

Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən biri olan Şahin Şıxlinski azadlığa buraxılıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Şahin Şıxlinski ilə telefonla danışan "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu verib.

Şıxlinski bildirib ki, o, Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikası Dövlət Diaspora Komitəsinin səyləri nəticəsində azadlığa çıxıb.

Xatırladaq ki, bir neçə gündür Rusiyanın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində azərbaycanlılara qarşı təzyiqlər və hücumlar artmaqdadır. Xüsusən də Rusiya hüquq-mühafizə orqanlarının Ural bölgəsində keçirdiyi əməliyyat nəticəsində azərbaycanlı Səfərov qardaşları – Hüseyn və Ziyəddin Səfərov – xüsusi təyinatlı OMON dəstələri tərəfindən öldürülüb. Həmin əməliyyatda daha bir neçə azərbaycanlı saxlanılıb və bəziləri xəsarət alıb.

Bu hadisələrdən sonra Yekaterinburqda yaşayan Azərbaycan diasporunun üzvlərinə qarşı basqıların artdığı müşahidə olunurdu. Dünən isə məlum olmuşdu ki, diasporun yerli liderlərindən Şahin Şıxlinski oğlu ilə birlikdə avtomobilində olarkən Rusiya polisi tərəfindən saxlanılıb.

Şahin Şıxlinski bildirib ki, hadisədən sonra Azərbaycan dövləti dərhal vətəndaşlarının köməyinə çatıb.

"Mən də Cənab Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikası Dövlət Diaspora Komitəsinin səyləri nəticəsində azadlığa çıxdım",-deyə Şahin Şıxlinski bildirib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR