İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: “Putinlə birbaşa və məzmunlu danışıqlara hazıram”

Ukrayna Prezidenti Vladimir Zelenski axşam xalqa müraciəti zamanı bir daha Rusiya Prezidenti Vladimir Putinlə birbaşa və konkret danışıqlara hazır olduğunu bəyan edib.

“Mən sülhün tərəfdarıyam və bu istiqamətdə real nəticələr əldə etmək üçün birbaşa və məzmunlu dialoqa hazıram. Qətiyyətimiz dəyişməz olaraq qalır”, -deyə Zelenski bildirib.

Musavat.com xəbər verir ki, o, həmçinin vurğulayıb ki, Ukraynanın əsas hədəfi müharibəni dayandırmaq və davamlı sülh əldə etməkdir: “Əgər Rusiya doğrudan da sülh istəyirsə, bu fürsəti qaçırmaq olmaz”.

Ukrayna lideri əlavə edib ki, danışıqlar üçün platforma kimi Türkiyənin seçilməsi tərəflərə neytral və konstruktiv mühit təqdim edir.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

12 May 2025

BÜTÜN XƏBƏRLƏR