Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya sabah – 12 may tarixindən etibarən atəşkəsi rəsmi şəkildə təsdiqləyə bilər.
Musavat.com xəbər verir ki, bu barədə Zelenski jurnalistlərə açıqlamasında danışıb. Onun sözlərinə görə, Rusiyanın nəhayət müharibəni dayandırmaq barədə düşünməsi "yaxşı əlamətdir".
“Əgər hər hansı bir müharibənin həqiqi sonu olacaqsa, onun ilk addımı atəşkəsdir. Biz gözləyirik ki, sabahdan – 12 may tarixindən başlayaraq, Rusiya tam, uzunmüddətli və etibarlı atəşkəsi təsdiqləyəcək və Ukrayna buna hazırdır”, – deyə dövlət başçısı vurğulayıb.
Musavat.com
12 May 2025
11 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ