İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya Ukraynaya əsgər göndərməkdən İMTİNA ETDİ

Almaniya artıq öz hərbçilərini Ukraynaya sülhməramlı missiya üçün göndərməyi planlaşdırmır.

Musavat.com xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, bunun əsas səbəbi Vladimir Putin və Volodimir Zelenskinin yaxın gələcəkdə görüşəcəyi və ya sülh sazişi imzalayacağına inamın olmamasıdır.

Hətta Ukrayna ilə Rusiya arasında razılaşma əldə olunsa belə, Almaniya hökuməti təhlükəsizlik zəmanətlərini daha çox pul vasitəsilə təmin etmək niyyətindədir, əsgərləri ilə yox.

Hökumət mənbələrinin məlumatına görə, atəşkəsə nəzarət üçün alman əsgərlərinin göndərilməsi "növbəti xəbərdarlığa qədər" gündəmdə deyil. Bu, yalnız ABŞ-ın addım atması və Rusiyanın aqressiv hərbi fəaliyyətini dayandırması ilə dəyişə bilər.

Buna baxmayaraq, Berlin Ukrayna Silahlı Qüvvələrinə dəstəyini davam etdirəcək.

"Bild"in yazdığına görə, bu dəstək çərçivəsində Ukrayna əsgərlərinin maaşlarının bir hissəsinin maliyyələşdirilməsi də nəzərdə tutulub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2025

31 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR