İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin ilk açıqlaması: Trampla görüş uzun və...

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Tramp ilə bu gün Niderlandda keçirilən NATO sammiti çərçivəsində baş tutan görüş barədə ilk açıqlama verib.

Musavat.com xəbər verir ki, Zelenski bu barədə rəsmi “Telegram” kanalında paylaşım edib.

Ukrayna lideri görüşü “uzun və məzmunlu” adlandırıb:

“Prezident Trampla uzun və məzmunlu görüş keçirdik. Həqiqətən də vacib məsələlərin hamısını müzakirə etdik. Cənab Prezidentə və ABŞ-a təşəkkür edirəm”.

Zelenskinin sözlərinə görə, görüş zamanı atəşkəsə nail olunması və həqiqi sülhün əldə edilməsi yolları, eyni zamanda Ukrayna xalqının necə qorunacağı barədə müzakirələr aparılıb.

“Diqqəti və sülhün yaxınlaşmasına kömək etməyə hazırlığını yüksək qiymətləndiririk. Detallar yaxın zamanda açıqlanacaq”, – deyə Zelenski bildirib.

Xatırladaq ki, bu görüş Ukrayna üçün mühüm diplomatik mərhələlərdən biri hesab olunur. Zelenski ilə Tramp arasında bu cür təmaslar ABŞ-ın mövcud prezident administrasiyasının Ukrayna siyasətinə dair mesajlarını da aydınlaşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2025

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR