İnsanlara hürriyət, millətlərə istiqlal!

Düz olmayan danışıqlar

Futbol komandalarımızdan birinin ünlü məşqçisinə sual veriblər, deyib mən problemlərdən danışsam düz olmaz.  Əlbəttə. Niyə danışırsan ki? Ye, iç, kef elə. Qoy problemlərdən, məsələn, aşıqlar danışsın. Onsuz aləm qarışıb bir-birinə. Heç kim öz sahəsindən danışmır. Bu, bir az da təhlükəlidir. Necə deyərlər, hamının balası var. Ya da Bulqakovun “Master və Marqarita” romanında yazdığı kimi: “Belə baxırsan hamısı adi, sadə adamlardır, amma mənzil məsələsi üzündən korlanıblar”.

Yeri gəlmişkən, bu yaxında UFC - əlbəyaxa döyüş üzrə Gürcüstan idmançısı Merab Dvalişvili Las Veqasda çempion olmuşdu. Gürcüstan baş naziri İrakli Kobaxidze ona bu münasibətlə 1 milyon lari (təxminən 367 min dollar) pul mükafatı vermişdi. Əlbəttə, öz cibindən deyil, dövlətin puluyla. Dvalişvili neylədi? Dərhal açıqladı ki, bu pul gürcülərin vergiləri hesabına yaranıb, ona görə gürcü xalqına sərf edilməlidir və mükafatla Gürcüstan ərazisində uşaqlar üçün pulsuz idman salonları açacaq. Pulun son qəpiyinəcən bu işə sərf edəcəkmiş.

Bizdə də idmançılara kisə-kisə pullar axıdılır, hamısı xalqın hesabına. Ancaq o cür xeyriyyəçilik edən birini görmüsünüz? Əksinə, şişib adam döyən işləyirlər, reketlik edirlər, cürbəcür pis əməllərdə adları çıxır.

Xaçmaz tərəfdə məktəbdə hərbi hazırlıq müəllimi ilə bədən tərbiyəsi müəllimi dərs vaxtı şahmat oynayırmış. Uşaqlar yiyəsiz qalıb, giriblər bir-birinə. Sonra müəllim gəlib, dalaşan uşaqlardan birini eşşək balası kimi çırpıb. İş gedib çıxıb polisə. Axırda barışıq əldə edilmişdi - son məlumat belə idi. Lakin hər yerdə belə sülh şəraiti olmur. Məsələn, Şəmkirdə məktəblinin biri o birisini bıçaqlayıb öldürüb. Məktəb belə işlərlə gündəmə gəlməlidirmi? Yox. Amma dərs keçən yoxdursa, mövzu nə olsun? Üstəlik, müəllimlər də bu temada danışmaq istəmir...

Amma yox, təhsilin dərdindən danışanlar olur. Məsələn, Səyavuş müəllim bugünlərdə MM-də ərz edib ki, hərə bir telefon götürüb müəllimi çəkir. Sitat: “Ola bilər müəllim hansısa sözü düz demir, ancaq onun hüquqları müdafiə olunmalıdır”.

Yəni necə? Düz danışmayan adamı müdafiə etməliyik? Yaxud diplom üçün rüşvət alan gəncəli dekanı vəzifəsinə bərpa edəkmi?

Hələ o da maraqlıdır ki, niyə belə hallarda adamlar yalnız işdən çıxarılmaqla canını qurtarır.

Müəllimi çəkmək olmaz. Əla. Müəllimin üzünü göstərmək haramdır. Dinimizdə də belə hökm buyurulub. Molla ərəbcə elə müəllim deməkdir.

Başqa deputat isə baltanı lap kökündən qoyub: “Seçki vaxtı namizədlər məntəqəyə gəlib dava salır. Ona görə qanun qəbul edək, namizədlər məntəqəyə buraxılmasın”.

Məncə, ümumiyyətlə, namizədlər seçkiyə buraxılmasın. Sovet vaxtı necə idi? Hər dairədə 1 namizəd olurdu. Bülletenə yalnız 1 nəfərin adı yazılırdı. Gözəl günlər idi... Heç mobil telefon və foto-video çəkən vələdüznalar da yox idi. Şair demişkən, onda ki övladi-vətən xam idi, ah necə kef çəkməli əyyam idi...

Ali Məhkəməyə tragikomik bir cinayət işi gedib çıxıb. Orada sabirabadlı ər-arvad falçı ittiham edilir, bunlar məşhur bir məmurun bacısından 2 milyon qapazlamışlar. Guya məmurun bacısının bəxti bağlanıb, uşağı öləcək və sairə - klassik falçı şantajları yolu ilə. 3-4 il ərzində 2 milyon əldən gedəndən sonra nəsə ayılıblar, məhkəməyə veriblər. Falçılara 10-11 il cəza kəsilib.

Dələduzlar və falçılar cəzalanmalıdır, buna sözüm yoxdur. Amma niyə o məhkəmə bir dəfə də məmurun bacısından soruşmayıb ki, ay bacı, sən axı bu falçılara yedirtdiyin 2 milyon manatı haradan əldə eləmisən? Biznesin-zadın var idimi? Yoxsa qardaşağadan alırdın? O haradan alırdı?

Lakin məhkəmə hakimlərimiz də belə sözləri soruşmur. Çünki... düz olmaz. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

06 May 2025

04 May 2025

03 May 2025

02 May 2025

01 May 2025

30 Aprel 2025

29 Aprel 2025

27 Aprel 2025

26 Aprel 2025

25 Aprel 2025

24 Aprel 2025

23 Aprel 2025

22 Aprel 2025

20 Aprel 2025

19 Aprel 2025

18 Aprel 2025

17 Aprel 2025

16 Aprel 2025

15 Aprel 2025

13 Aprel 2025

12 Aprel 2025

11 Aprel 2025

10 Aprel 2025

09 Aprel 2025

08 Aprel 2025

06 Aprel 2025

05 Aprel 2025

04 Aprel 2025

03 Aprel 2025

02 Aprel 2025