İnsanlara hürriyət, millətlərə istiqlal!

160 minlik rus qoşunu hazırdır: Rusiya Silahlı Qüvvələri gücləndirilmiş yay hücumuna keçir - CNN  


Musavat.com xəbər verir ki, CNN telekanalı Rusiyanın yaxın həftələrdə Ukraynaya qarşı yeni və daha aqressiv yay hücumuna başlamağa hazırlaşdığını açıqlayıb. ABŞ-ın aparıcı analitik qurumlarının hesabatlarına əsasən, 160.000-dən çox rus hərbçisi artıq cəbhə xəttinə yaxın ərazilərdə toplaşıb və əməliyyatlar üçün əmr gözləyir.

Ən diqqətçəkən detal isə ABŞ Prezidenti Donald Trampın Ukraynaya hərbi yardımın verilməsini 50 gün gecikdirməsi olub. CNN bu gecikməni “Putinə hədiyyə edilmiş 50 günlük fürsət pəncərəsi” kimi qiymətləndirib. Məhz bu müddət ərzində Kreml Ukrayna ordusunun zəiflədiyi bölgələrdə irəliləyiş üçün şərait əldə edib.

Müharibənin indiki mərhələsində Ukrayna kritik vəziyyətdədir: suratla silah-sursat tükənir, əsgər sayı azalır, bəzi mövqelər boşaldılır. Rusiya isə bu zəifliklərdən istifadə etməyə və yay aylarında strateji qələbələr qazanmağa can atır.

Analitiklər bildirirlər ki, Rusiya qoşunlarının cəmləşdirilməsi şimaldan Xarkova, cənubdan isə Donetsk və Zaporojye istiqamətlərinə təzyiqlərin artacağını göstərir.

CNN-in müşahidələrinə görə, Trampın qərarı Ukraynanın müqavimət imkanlarını ciddi zəiflədib, bu da Putin üçün “tarixi fürsət”ə çevrilib. Ekspertlər bunu müharibədə dönüş nöqtəsi hesab edirlər.

Kreml hədəfini açıq şəkildə qoyub: ərazini genişləndirmək, Qərbin dəstəyini sarsıtmaq və Ukraynanı tək buraxmaq. Yay hücumu isə bu planın hərbi mərhələsidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR