İnsanlara hürriyət, millətlərə istiqlal!

18 yaşlı Məhəmməd ad günündə dənizdə boğuldu - VİDEO

Hərbi xidmətə hazırlaşan gənc doğum günündə dənizdə boğulub.

Musavat.com Xəzər TV-yə istinadən xəbər verir ki, ötən gün günorta saatlarında Məhəmməd İsmayılov dostu ilə birlikdə ad gününü qeyd etmək üçün dənizə gedib. Dənizə daxil olduqdan sonra onu tapmaq mümkün olmayıb.

Axtarışlardan sonra yeniyetmənin meyiti tapılaraq dənizdən çıxarılıb. Onun üzərində qan izləri olduğundan başının qayalara dəyərək öldüyü ehtimal edilir.

Mərhumun atası bildirib ki, Məhəmməd onun tək övladı idi. Oğlunun yanında gələn dostunu isə tanımır. Onun 50-55 yaşı olardı.

Qeyd edək ki, həmin ərazi qeyri-çimərlik zonası olduğundan hadisəyə dərhal müdaxilə etmək mümkün olmayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR