İnsanlara hürriyət, millətlərə istiqlal!

19 yaşlı model çəkiliş zamanı faciəli şəkildə can verdi - VİDEO

Monteneqroda reklam çəkilişi zamanı 19 yaşlı serbiyalı model Tiyana Radonjiç faciəvi şəkildə həyatını itirib.

Hadisə Budva şəhərində turizm mövsümünə hazırlıq məqsədilə aparılan paraseyl (paraşütlə qayıqla uçuş) reklam çəkilişi zamanı baş verib.

Radonjiç paraseyl çəkilişində iştirak etmək üçün qısametrajlı film layihəsinə cəlb olunub. Lakin şahidlərin sözlərinə görə, paraşüt 50 metr (təxminən 150 fut) yüksəkliyə qalxdıqdan sonra Tiyana panik atak keçirib və təhlükəsizlik qayışını özü açıb. Bu da onun havadan sərbəst şəkildə yerə düşməsi ilə nəticələnib.

Görüntülərdən aydın olur ki, faciədən öncə model sakit və gülümsəyən halda təhlükəsizlik təlimatlarını dinləyib. Lakin havaya qalxdıqdan sonra qəfil narahatlıq keçirib və həyatını itirib.

Modelin ailəsi hadisənin arxasında psixoloji vəziyyət və ailədaxili gərginlik olduğunu iddia etsə də, məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./Milli.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR