İnsanlara hürriyət, millətlərə istiqlal!

2 və 3 yaşlı qızlar xəstəxanalıq oldular

Bakıda 2 yaşlı uşaq ehtiyatsızlıqdan siçan dərmanı içib.

Musavat.com xəbər verir ki, hadisə iyulun 6-sı saat 18 radələrində Qaradağ rayonu Sanqaçal qəsəbəsində baş verib. Qəsəbə sakini 2023-cü il təvəllüdlü A.Poladova evdə ehtiyatsızlıqdan siçan dərmanı içib. O, ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Oxşar hadisə dünən saat 20 radələrində Salyanda da baş verib. 2022-ci il təvəllüdlü N.Qurbanova yaşadığı Noxudlu kəndindəki evdən sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib, vəziyyəti ağırdır. Onun da ehtiyatsızlıqdan kimyəvi məhlul içdiyi bildirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR