Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının qurultayında çıxış edərək Qarabağ məsələsi ilə bağlı qalmaqallı açıqlama verib.
Musavat.com xəbər verir ki, Paşinyan etiraf edib ki, 2019-cu ildə səsləndirdiyi “Qarabağ – bu, Ermənistandır” bəyanatı ilə bugünkü sülh danışıqları arasında ciddi ziddiyyət var. Baş nazir bunu “patriotizmin fərqli modelləri” ilə izah edib.
Onun sözlərinə görə, 2019-cu ildə o, sovet dövründən miras qalmış yeganə mövcud patriotizm modelinin daşıyıcısı idi. Bu model isə erməniləri “Vətəni Ermənistanın özündə deyil, onun hüdudlarından kənarda axtarmağa” sövq edirdi.
“Sovet imperiyası erməni xalqını böyük dövlətlərin ambisiyalarının alətinə çevirmişdi. Qarabağ separatizminin təməli də məhz bu siyasətlə qoyulmuşdu”, – deyə Paşinyan vurğulayıb.
Musavat.com
20 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ