İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: Ermənistan həm Rusiya ilə münasibətləri möhkəmləndirəcək, həm də Türkiyə ilə quru əlaqə açacaq

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin xarici siyasət prioritetləri ilə bağlı diqqətçəkən bəyanat verib. Onun sözlərinə görə, rəsmi İrəvan Moskva ilə münasibətləri möhkəmləndirmək xətti götürəcək.

“Biz Rusiya ilə əlaqələri daha da gücləndirmək yolunu tutacağıq”, – deyə Paşinyan vurğulayıb.

Musavat.com-un məlumatına görə baş nazir əlavə edib ki, yaxın gələcəkdə Ermənistanın region üçün mühüm əhəmiyyət kəsb edən yeni imkan qazanacağı gözlənilir. O bildirib ki, ölkə Türkiyə ilə quru yol nəqliyyatı əlaqəsinə sahib olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR