Onlayn ictimai-siyasi qəzet
N saylı hərbi hissələrdən birində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş kimi xidmət edən şəxs cinayət məsuliyyətinə cəlb edilib. Buna səbəb tabeliyində olan əsgərlərə qarşı zor tətbiq etməsi olub.
Musavat.com xəbər verir ki, kiçik çavuş Qafar Əliyev (ad və soy ad şərtidir) tabeliyində olan 3 əsgərə müxtəlif xəsarətlər yetirib. Onları normativləri verə bilmədikləri üçün əlində olan bayraqla döyüb. Başlarına yumruq zərbələri endirib.
Cinayət məsuliyyətinə cəlb edilən Qafar Əliyev əməlindən peşman olduğunu, əsgərlərdən üzr istədiyini bildirib. Əsgərlər də onları döyən kiçik çavuşdan şikayətçi olmadıqlarını bildiriblər.
Qafar Əliyev törətdiyi əməldə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət Məclləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunub və onun barəsində 1 il 7 ay sınaq müddəti müəyyən edilib.
İ.Muradov
Musavat.com
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ