İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusundan ŞOK GEDİŞ - Görün hansı TAKTİKAYA KEÇDİLƏR

Rusiya ordusu "üçqat boğucu qısqac" taktikasına keçdi

Rusiya Silahlı Qüvvələri Ukraynada yeni hücum strategiyasına – "üçqat boğucu qısqac" (triple constricting grip) taktikasına keçib.

Musavat.com xəbər verir ki, bu barədə The Telegraph nəşri hərbi ekspertlərə istinadən məlumat yayıb.

Məlumata görə, bu taktika yavaş, lakin sabit irəliləyişə imkan yaradır və Ukrayna qüvvələrini ağır seçim qarşısında qoyur.

Taktikanın mərhələləri belədir:

Əsas mərhələ – yerüstü hücumlarla Ukrayna ordusu müdafiəyə məcbur edilir. Bu, onların manevr imkanlarını məhdudlaşdırır və mövqelərindən tərpənməyə qoymur.

İkinci mərhələ – FPV dronlar və minaatanlar döyüşə daxil olur. Onlar hərəkət imkanlarını daha da daraldır, həm də ehtimal olunan geriçəkilmə yollarını bağlayır.

Sonuncu mərhələ – Ukrayna müdafiəsinin əsas nöqtələrinə idarə olunan planerlərlə hava bombaları endirilir. Bu mərhələ düşmənin möhkəmlənmiş mövqelərini tam dağıtmağa yönəlib.

Ekspertlər qeyd edirlər ki, bu yanaşma Ukrayna hərbçilərini iki çətin seçim arasında qoyur: ya yüksək itkilərlə mövqeləri qorumaq, ya da geri çəkilərkən dron və aviasiya hücumlarına məruz qalmaq.

Bu yeni taktika cəbhədə Ukrayna ordusunun müqavimətini zəiflətmək və mövcud resurslarını tükətmək məqsədi daşıyır.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

23 May 2025

BÜTÜN XƏBƏRLƏR