İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəkillər üçün YENİ XƏBƏR

Milli Məclisin iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna və Mülki Prosessual Məcəlləyə nəzərdə tutulan dəyişikliklər müzakirəyə çıxarılıb.

Musavat.com xəbər verir ki, layihəyə əsasən, vəkillərə yeni hüquqlar verilir.

Dəyişikliyə əsasən, vəkil kassasiya instansiyası məhkəməsində özü-özünü təmsil edə bilər.

Cinayət-Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə görə isə aşağıdakı hallarda şübhəli və ya təqsirləndirilən şəxs qismində vəkil çıxış etdikdə müdafiəçinin təmin edilməsindən imtina edə və özü-özünü təmsil edə bilər:

- təqsirləndirilən şəxs müddətli hərbi xidmət qulluqçusu olduqda;

- şübhəli və ya təqsirləndirilən şəxsə xüsusilə ağır cinayət törətməsi istinad edildikdə;

- şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə;

- cinayət təqibi cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdən sonra həyata keçirildikdə;

- təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət mövcuddursa və onlardan birinin müdafiəçisi olduqda.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR