İnsanlara hürriyət, millətlərə istiqlal!

Sakinlərə şad xəbər - Bu marşrutun hərəkət sxemi dəyişdirilir

Sumqayıt şəhəri və Saray qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 503 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir.

Bu barədə Musavat.com Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Sərnişin axını nəzərə alınaraq noyabrın 1-dən 503 nömrəli marşrut avtobusları Sumqayıt şəhərini "20 Yanvar" metrostansiyası ilə əlaqələndirəcək.

Başlanğıcını Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən götürən marşrutun son dayanacaq məntəqəsi paytaxtın Seyid Cəfər Pişəvari küçəsidir.

Marşrut üzrə müasir və ekoloji təmiz avtobusların sayı sərnişin təlabatına uyğun olaraq artırılacaq. Beləliklə, marşrut xəttində 21 avtobus 8-9 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək. Marşrut üzrə sərnişindaşıma nağdsız ödəniş əsasında həyata keçirilir. Gedişhaqqı 0,80 manat təşkil edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR