İnsanlara hürriyət, millətlərə istiqlal!

İmmunitetinizi gücləndirəcək 3 məhsul: Həzm sistemini də yaxşılaşdırır

Pəhrizinizə 3 qida daxil etməklə immunitet sisteminizi gücləndirə bilərsiniz.

Bunu diyetoloq Yel Hasbani deyib.

Hasbani qeyd edib ki, immunitet bağırsaqların vəziyyəti ilə sıx bağlıdır, ona görə də onun fəaliyyətinə müsbət təsir göstərən qidalardan istifadə etmək lazımdır. Belə ki, o, gündəlik menyuya duzlu kələm əlavə etməyi məsləhət görüb.

Bundan əlavə, həkimin fikrincə, bu məqsəd üçün qatıq da uyğun gəlir. Tərkibində orqanizm üçün lazım olan zülallar, kalsium, B vitaminləri, fosfor, kalium və maqnezium var.

"Həmçinin, alimlərin araşdırmalarına görə, kefirin müntəzəm istehlakı bağırsaq bakteriyalarının müxtəlifliyini artırmağa kömək edir ki, bu da həzm sisteminin vəziyyətini yaxşılaşdırır", - deyə mütəxəssis bildirib.  (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

23 May 2025

BÜTÜN XƏBƏRLƏR